(1892, Şamaxı – 1938) – sovet partiya və dövlət xadimi. 1917 ilin sentyabrından Sov.İKP üzvü. 1911 ildə Qori seminariyasını bitirmiş və Bakıda müəllimlik etmişdir. 1917-19 illərdə Tiflisdə müəllimlər institutunda oxumuş, inqilabi hərəkata qoşulmuş, bolşevik “Hümmət” təşkilatının bərpa olunmasında iştirak etmiş, fəhlə və əsgərlər arasında təbliğat işi aparmış, gizli ədəbiyyat yaymış, şəhər qulluqçularının tətilinin iştirakçılarından olmuşdur. 1919-20 illərdə Bakı universitetində (indi BDU) fəaliyyət göstərən bolşeviklərlə əlaqə yaratmış, RSDFP Bakı Komitəsinin tapşırığı ilə Müsavat polisində gizli inqilabi iş aparmışdır. Azərbaycanda Sovet hakimiyyəti dövründə Bakı inqilab komitəsinin katibi, AK(b)P MK-da şöbə müdiri, Azərbaycan SSR MİK-in katibi, xalq torpaq komissarı, AK(b)P MK-da şöbə müdiri, FKM komissarının müavini, Gəncə mahal soveti İcraiyyə Komitəsinin sədri, “Yeni yol” qəzetinin redaktoru, ÜİK(b)P ZÖK-də şöbə müdirinin müavini, Bakı İcraiyyə Komitəsi Xalq Maarif Şöbəsinin müdirü və s. vəzifələrdə çalışmışdır (1920-38), AK(b)P MK, ÜİK(b)P ZÖK üzvlüyünə namizəd, AK(b)P MNK, Azərbaycan SSR və ZSFSR MİK-lərinin üzvü seçilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s.288