RELYEFİ
Ərazi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbiz silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıqdır. Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Ondan cənubda xırda plato və silsilələr sahəsi yerləşir. Rayonun şərq hissəsi Qobustana daxildir. Pirsaatçaydan qərbdə, şimal-qərbdən cənub-şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəsi Şirvan düzünə daxildir.
Əd.: Q.Məmmədov, E.Yusifov və b. “Azərbaycan ekoturizm potensialı”. Bakı, “Şərq-Qərb”, 2012, s. 100



(5.4.1941) – Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru (1992), professor (1995), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009), Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982), əməkdar müəllim (1987). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 
