Ərazi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbiz silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıqdır. Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Ondan cənubda xırda plato və silsilələr sahəsi yerləşir. Rayonun şərq hissəsi Qobustana daxildir. Pirsaatçaydan qərbdə, şimal-qərbdən cənub-şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəsi Şirvan düzünə daxildir.
Əd.: Q.Məmmədov, E.Yusifov və b. “Azərbaycan ekoturizm potensialı”. Bakı, “Şərq-Qərb”, 2012, s. 100