(15.5.1870, Şamaxı ş. – 18.9.1957, Bakı) – din xadimi. 1944 ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının növbəti (SSRİ tərkibində birinci) qurultayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – Baş müfti seçilmiş və ömrünün sonuna kimi bu vəzifəni icra etmişdir. İlahiyyat elminə mükəmməl bələd olan, dini ayinləri, şəriət tələblərini yaxşı təbliğ edən din xadimi kimi ad qazanmışdır. Sülhü müdafiə etmiş, nüvə silahına qarşı Ümumdünya Sülh Şurasının çağırışlarını alqışlamış, ABŞ-ın Koreyaya hərbi müdaxiləsini pisləmiş, dindarları sülhə, əmin-amanlığa, halal zəhmətə səsləmişdir.
Məlumat İ. Əfəndiyevdən alınmışdır.