RÜSTƏMZADƏ Firuzə Əbdüləziz qızı
5.12.1914, Şamaxı ş. – 23.11.1994, Bakı) – neftçi. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1936 ildə Budyonnı adına neftayırma zavodundə layihəçi-mühəndis, 1938-40 illərdə qurğu rəisi, 1940-46 illərdə sex rəisi, “Azəriqaz” trestinin 1 saylı Qazolin zavodunda böyük və baş mühəndis, 1946-48 illərdə “Azneftzavod” Birliyində baş mühəndis vəzifələrində çalışmışdır. 1957 ilə kimi neft sənayesində işləmişdir. 1957-69 Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Plan Komitəsində böyük və aparıcı mühəndis vəzifələrində fəaliyyət göstərmişdir. Lenin ordeni (1944), “Qafqazın müdafiəsinə görə” (1944), “Əməkdə fədakarlığa görə” (1946) medalları ilə təltif edilmişdir.
Əd.: Məlumat ailəsindən alınmışdır