QALEYBUĞURD
Şamaxı r-nunun Qalaybuğurt kəndi yaxınlığında mineral bulaq. 1200 m. yüksəklikdədir. Yerli əhali bu bulaqdan müalicə məqsədilə istifadə edir. Bulaq öz adını yaxınlıqdakı Qalaybuğurt kəndinin adından almışdır.
Şamaxı r-nunun Qalaybuğurt kəndi yaxınlığında mineral bulaq. 1200 m. yüksəklikdədir. Yerli əhali bu bulaqdan müalicə məqsədilə istifadə edir. Bulaq öz adını yaxınlıqdakı Qalaybuğurt kəndinin adından almışdır.
Şamaxı r-nu ərazisində Haramı silsiləsinin şimal hissəsində zəif fəaliyyətdə olan böyük palçıq vulkanı. Adı qala və mal (bir çox qədim xalqların toponimiyasında dağlıq ərazilərin adlandırılmasında işlədilən coğrafı termin) komponentlərindən düzəlib, “qala olan yüksəklik” mənasındadır.
(16.1.1964, Şamaxı ş.) – Tarix üzrə fəlsəfə doktoru (1999). Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir (1987). Bakı Dövlət Universiteti tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosentidir. 60 elmi məqalənin, o cümlədən 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 metodik vəsaitin, 10 proqramın müəllifidir.
(14.6.1983, Şamaxı) – folklorşünas, filologiya üzrə fəlsəfə doktoru (2010), dosent. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Azərbaycan Universitetində çalışır, prezident təqaüdçüsüdür. Əsas tədqiqat mövzusu 19 əsrin sonu, 20 əsrin birinci yarısında Şirvan xalq poeziyasının inkişaf təmayülləri ilə əlaqədardır. 6 kitabın, 20-dən artıq elmi məqalənin müəllifidir.
Şamaxı şəhərinin şimal-qərbində, təxminən 3 km məsəfədə Əngəxaran kəndi yaxınlığında 11-13 əsrə aid yaşayış yeri. Sahəsi 3-4 hektardır. Təsərrüfat işləri zamanı bir neçə bina qalığı aşkar edilmişdir. Binalar əhəng və kirəcdən istifadə etməklə daşdan tikilmişdir. Quşqanadan şirli və şirsiz qab qırıqları və tünk qalıqları tapılmışdır. Yaşayış yerinin ətrafında bir neçə Orta Əsrlər abidəsi də var.
(11.7.1939, Şamaxı r-nunun, Nәrimankәnd k. – 6.9.2008, Bakı) – Azərbaycan riyaziyyatçısı. Fizika-riyaziyyat elmləri doktoru (1967), prof.(1969), Azәrb.SSR EA m. üzvü (1980). Moskva Dövlәt Universitetini bitirmişdir (1961). BDU-nun tәtbiqi riyaziyyat kafedrasının müdiri olmuşdur. Tәdqiqatları funksional analiz vә onun tәtbiqlәri, riyazi fizika vә diferensial tənliklar sahәsindәdir.
Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. İlkin əhalisi qonşu Qaleybuğurd və başqa kəndlərdən gələrək qazmalar şəklində məskunlaşarmış və sonralar kənd yaşayış məskəni kimi formalaşmışdır. Qaladərəsi kəndi yerləşdiyi ərazinin relyefinə uyğun Qaleybuğurd qalasına yaxın çay dərəsində yerləşdiyinə görə Qaladərəsi adlandırılmışdır.
Şamaxı r-nu Qonaqkənd kənd i.ə.d.-nin mərkəzi. Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilindədir. Əhalisinin sayı 829 nəfərdir (2009), 166 təsərrüfatı var. 19 əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. 19 əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir.
Şamaxı rayonu Qurdtəpə kənd i.ə.d.-nin mərkəzi. Qurdtəpə yaylasındadır. Əhalisi 804 nəfərdir (2009), 139 təsərrüfatı var. 1874 ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitrovka adlandırılmışdır. 1886 il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitrovka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır.
(9.5.1907, Şamaxı – 24.5.1979, Bakı) – Azərbaycan mikrobioloqu və epizootoloq. Azərbaycan SSR EA akademiki. (1962), Azərbaycan SSR əməkdar elm xadimi (1958). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mikrobiologiya kafedrasının dosenti və müdiri (1932-59), Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru (1943-47), direktor müavini (1947-55), 1955-70 illərdə həmin stansiyasının əsasında yaradılmış institutun direktoru, zoologiya institutunda mikrobiologiya bölməsinin müdiri (1970-71), 1971 ildən həmin bölmənin böyük elmi işçisi-məsləhətçisi olmuşdur.