MİKAYILOV Baba Balakişi oğlu
(21.10.1969, Şamaxı r-nunun Göylər k. – 30.3.1992, Daşaltıda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
(21.10.1969, Şamaxı r-nunun Göylər k. – 30.3.1992, Daşaltıda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
(18.2.1968, Şamaxı r-nunun Qaleybuğurd k. – 28.6.1993, Füzuli r-nununda itkin düşmüşdür) – Döyüş şəraitində itkin düşmüş və Şamaxı rayon Məhkəməsinin Qətnaməsinə əsasən şəhid hesab edilmişdir
(13.11.1969, Ermənistan SSR Qızıl Şəfəq r-nu (Şamaxı rayonu Kərkənc kəndindən orduya çağırılmışdır) – 12.6.1993, Ağdam r-nu Mərzili k. həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi. 1992 ilin yanvar ayında torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Ağdam rayonunun Şelli, daha sonra Mərzili kəndlərində döyüşmüş, 1993 ilin iyun ayında Mərzili uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Mir Həsən Hacı Mirağa oğlu Möhsünov (1882, Şamaxı – 17.6.1907, Bakı) – Azərbaycan yazıçısı. 1903 ildən inqilabi və sosial-demokrat hərəkatında iştirak etmişdir.
Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalinin sayı 2115 (2009) nəfərdir. Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır.
(1863, Şamaxı – 1923, Bakı) – maarif və mətbuat xadimi, publisist. Bəy ailəsində doğulmuşdur. Şamaxıda məhəllə və şəhər məktəblərində (1870-79), Qori Seminariyasında (1879-83) təhsil almışdır. Pedaqoji fəaliyyətində Yelizavetpol və İrəvan quberniyası xalq məktəbləri direktorluğu ilə başlamış, Padar, Ağcabədi və Ağdam kənd ibtidai məktəblərində (1883-88) müəllim işləmişdir.