BASMANAXIŞ
Parça üzәrinә xüsusi qәliblәrlә naxışvurma üsulu. Qəliblər, əsasən, ağacdan, yaxud mis lövһә və ya məftillərdən һazırlanır (yığma qəlib). Rənglənmiş qəliblərin parça üstünә basılması ilə parçada naxış alınır. Qədimdan (əsasən, Şәrqdә) geniş yayılmış xalq sənəti növüdür. Yunan tarixçisi Herodot (e.ə. 5 əsr) Qafqaz xalqlarının parçaya bitki məhlulu ilə naxış vurmaları haqqında məlumat vermişdir. Azərbaycanda qədim sənət sahələrindən olan Basmanaxış 19 əsrdə Gəncə, Şəki, Şamaxı, Naxçıvan şəhərlərində, Basqal və Mücü kəndlərində (indiki İsmayıllı rayonunda) inkişaf etmişdi. Basmanaxış üsulu ilə hazırlanmış Şamaxı, Gəncə və Basqal kələğayıları, ipək və pambıq parçalardan taxça pərdələri, süfrələr, boğçalar və s. Azərbaycandan xaricdə də yayılmışdır.
Əd.: ASE, II cild, Bakı, 1978, s.38,
Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.248