Şamaxı rayonu Birinci Çaylı kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsində yerləşir. Əhalisi 1685 nəfərdir (2009), 368 təsərrüfatı var. Əhalisi əsasən kənd təsərrüfatı – əkinçilik və maldarlıqla məşğuldur.1886 il əhalinin siyahıyaalma sənədlərində Bakı quberniyası Şamaxı qəzasının Qəbiristan sahəsində Çaylı Ağakişibəyli kəndi (81 ailə, 559 nəfər əhali) qeydə alınmışdır. Vaxtı ilə çay sahilində yaşamış Ağakişibəyə məxsus elatın məskunlaşdığı kənd Çaylı adlandırılmışdır.
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.34