HACILI
Şamaxı r-nu Hacılı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 25 km şimal-şərqdə, dağ ətəyindədir. Əhalisi 365 (2009) nəfərdir, 73 təsərrüfatı var.
Şamaxı r-nu Hacılı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 25 km şimal-şərqdə, dağ ətəyindədir. Əhalisi 365 (2009) nəfərdir, 73 təsərrüfatı var.
Şamaxı r-nu Hacıqədirli kənd i.ə.d.-nin mərkəzi. Şirvan düzündədir. Əhalisi 525 nəfər (2009), 94 təsərrüfatı var. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Şamaxı rayonu Həmyəli kənd i.ə.d.-nin mərkəzi. Pirsaat çayının sahilində, Çabanı yaylasında yerləşir. Əhalisi 1102 nəfərdir (2009), 205 təsərrüfatı var. Əsasən maldarlıq və əkinçiliklə məşğul olurlar. 1886 ildə əhalinin siyahıya alınmasında Şamaxı qəzasının Qəbiristan sahəsində Həmyəli kəndi (53 ailə, 470 nəfər) qeydə alınmışdır.
Şamaxı r-nu İkinci Cabanı kənd i.ə.d.-nin mərkəzi. Keçmiş adı Cabanı olmuşdur. Cabanı yaylasının yamacında yerləşdiyi üçün belə adlandırılmışdır. Rayon mərkəzindən 6 km şimal – şərqdə, Şamaxı-Dəmirçi şose yolundan 4 km və Pirsaat çayından 3 km aralı, dağ ətəyindədir. Әhalisi 457 (2009) nəfərdir, 125 təsərrüfatı var. Orta məktəb, klub, kinoqurğu, tibb məntəqəsi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
Şamaxı r-nunun Dədəgünəş i.ə.d.-də kənd. Ağsu çayı hövzəsindəki Çağan çayının sahilindədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. 20 əsrin əvvəllərində Şamaxı qəzasının Qoşun sahəsində Böyük Çağan, Orta Çağan, Çağan Məmməd Səlim və Dədəgünəş ayrılıqda kənd kimi göstərilmişdir.
Şamaxı r-nu Həmyəli i.ə.d.-də kənd. Pirsaat çayı sahilində, Cabanı yaylasının cənub yamaclarındadır. Əhalisi 510 nəfərdir (2009), 91 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.
Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Buğurt çayının (Ağsu çayının qolu) sahilində, dağlıq ərazidədir. Əhalisi 211 nəfərdir (2009), 51 təsərrüfatı var. Əhalisi əsasən maldarlıqla məşğuldur.
Ərazi sıx meşəlik və dağlıq olduğundan vaxtilə guya toqquşma zamanı qoşun Qaladərəsi kəndi istiqamətinə keçə bilmədiyi üçün kənd belə adlandırılmışdır.
Şamaxı r-nu Kələxana kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Şamaxı platosundadır. Әhalisi 804 (2009) nəfərdir, 139 təsərrüfatı var. Doqquzillik məktəb, kitab-
xana, tibb məntəqəsi; memarlıq abidələrindən 17 əsrə aid türbələr kompleksi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
Şamaxı r-nu Kərkənc kənd i.ə.d.-nin mərkəzi. Kərkənc yaylasındadır. Əhalisi 730 nəfərdir (2009), 166 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.
19 əsrin 1886 il əhalinin siyahıya alınmasında Şamaxı qəzasının Qoşun sahəsində Kərkənc kəndi (231 ailə, 1317 nəfər əhali) qeydə alınmışdır.
Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Əhalisi 384 nəfərdir (2009), 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.