All posts by rashad

“YENİ ŞİRVAN”

Şamaxıda nəşr olunmuş qəzet. 1932 ildən müntəzəm olaraq çıxmışdır. 1978 ildə həm də rus variantı (“Novıy Şirvan”) nəşr olunmuşdur. Qəzetin ilk baş redaktoru Səməd Əliyev olmuş, onun əhali arasında yayılmasında müstəsna rol oynamışdır. Müxtəlif illərdə İslam Həsənov, Əlihəsən Məlikov, Əkrəm Hüseynov, Kamal Bədəlov, Qürbət Əziz qəzetin baş redaktoru olmuşdur.

Əd.: Ə.Cəfərzadə, S.Qəniyev, R.Alışov, S.Rəsulov “Şamaxı”, Bakı, “Səda”, 1994, s.156-157

Ətraflı oxu

MƏMMƏDYAROV Qüdrət Tacı oğlu

(5.9.1953, Ağsu r-nunun Gəgəli k.) – idmançı, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycan Respublikasının əməkdar məşqçisi.

Ətraflı oxu

MƏMMƏDYAROV Həsrət Tacı oğlu

M hərfi memmedyarov hesret(1.1.1959, Ağsu r-nunun Gəgəli k.) – idmançı, sərbəst güləş üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1982 ildən Abşeron rayonunda məşqçi kimi fəaliyyət göstərir. Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın baş məşqçisidir.

Ətraflı oxu

HÜSEYNOV Arif Şahbaz oğlu

(1943, Bakı) – Azərbaycanın xalq rəssamı (2006). Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. “Göyərçin” jurnalının bədii redaktoru, “Azərbaycan dünyası” beynəlxalq qalereyasının rəhbəri, Bakı Xətai sənət mərkəzi nəzdindəki miniatür qalereyasının bədii rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının “miniatür və kitab qrafikası” bölməsinin rəhbəri olmuşdur.

Ətraflı oxu

BABAYEV Qismət Qarabala oğlu

QISMET BABAYEV003(20.4.1955, Şamaxı r-nunun Ərəbşalbaş k. – 25.8.1992, Bakı) – jurnalist, yazıçı, publisist, ssenarist, kinoşünas. Azərbaycan Dövlət Universitetini bitirmişdir. C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının dublyaj şöbəsində redaktor kimi çalışmış, Azərbaycan Dövlət Televiziyasının “Çay dəstgahı”, radionun “Bulaq” verilişində fəaliyyət göstərmişdir. “Torpaq”, “El bir olsa”, “Tarazlıq” sənədli filmlərinin ssenari müəllifidir. “Alın yazısı”, “Ağ dəvə düzdə qaldı”, “Kişilər getdi gəlmədi”, “Bu səs” adlı kitabları çap edilmişdir.

Məlumat Q.Babayevin ailəsində alınmışdır..

 

 

 

Ətraflı oxu

ABDULLAYEV Şakir Zakir oğlu

abdullayev_sakir-web(20.12.1923, Şamaxı r-nunun Məlikçobanlı k. – 5.5.2001, Bakı) – jurnalist, filologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Dövlət Universitetini bitirmişdir. “Gənclik” nəşriyyatında, Azərbaycan Radio Verilişləri Komitəsində, respublika və şəhər qəzetlərinin redaksiyalarında çalışmışdır.

Ətraflı oxu

ZƏRBƏLİYEV Cəmaləddin Cəmo oğlu

zerbeliyev_cemaleddin-web

(1.7.1948, Şamaxı r-nunun Ərəbşahverdi k.) – iqtisadçı, iqtisad elmləri üzrə fəlsəfə doktoru (1985), dosent (1992). Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1970 ildən həmin institutda çalışır. 2005 ildən uçot-iqtisad fakültəsinin dekan müavinidir. 50-dən artıq elmi-metodik əsərin müəllifidir.

Məlumat C.Zərbəliyevin ailəsindən alınmışdır.

Ətraflı oxu

NƏCƏFOV Cahangir Niyazi oğlu

necefov_cahangir(10.10.1948, Şamaxı) – ictimai xadim. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1971 ildən komsomol işində çalışmış, Azərbaycan komsomolunun Mərkəzi Komitəsində təlimatçı işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində baş məsləhətçi, şöbə müdirinin müavini, Ali Sovet sədrinin katibliyinin rəhbəri, sədrin müşaviri vəzifələrində çalışmışdır. Bir sıra qanun layihələrinin hazırlanmasında iştirak etmişdir. Hazırda Azərbaycan Marketinq Assosiasiyasının prezidentidir.

Ətraflı oxu

HASİLOV Vilayət Təvəkkül oğlu

hasilov_vilayet-web(14.6.1935, Şamaxı ş. – 14.8.1991, Bakı) – riyaziyyatçı, fizika-riyaziyyat elmləri namizədi (1970), dosent. Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında dosent vəzifəsində çalışmışdır.

Ətraflı oxu

HACIYEVA Gülzar İbrahim qızı

gulzar_haciyeva-web(1940, Bakı) – filologiya üzrə fəlsəfə doktoru (1981), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1963). 1965 ildən Azərbaycan MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində çalışır.

Ətraflı oxu