All posts by rashad

POLADLI YAŞAYIŞ YERİ

İlk orta əsr abidəsi. Şamaxı r-nunun Poladlı kəndinin ərazisində yerləşir. Abidə 10 hektar sahəni əhatə edir. Pirsaatçay hövzəsində su mənbəyinə yaxın salınmışdır. Yaşayış yeri dərə və təpələrlə, çayın yaratdığı yarğanlarla əhatə olunmuşdur. Yaşayış yerindən təsərrüfat işləri zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri – müxtəlif biçimli gil qablar və bir ədəd tunc tərəzi gözü dəyərli materiallardır. Tərəzi gözünün oturacaq hissəsində 6,2 sm diametrində 3 ədəd bərabər ölçülü məsamə açılmışdır. Həcmcə kiçik olması bu tərəzinin nadir və dəqiq çəki tələb edən əşyaların ağırlığını müəyyənləşdirmək üçün istifadə olunduğunu göstərir. Çox ehtimal ki, bu tərəzi zərgərlikdə və yaxud əczaçılıqda istifadadə edilmişdir. Arxeoloji materialların müqayisəli təhlili Poladlı yaşayış yerinin e.ə. 3 əsrdən başlayaraq eramızın 7 əsrinədək mövcud olduğunu söyləməyə əsas verir.

Əd.: N.Xasayev “Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri”, Bakı, “Nafta-Press”, 1998, s.25

 

Ətraflı oxu

QUŞÇU YAŞAYIŞ YERİ

İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km cənub-şərqdə eyni adlı kəndin mərkəzində yerləşir. Abidə 5 hektar sahəyə malikdir. Mülayim iqlim zonasında yerləşən Quşçu kəndi ərazisində kənd təsərrüfatı və sənətkarlığın bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. Bu zəmin ta qədim zamanlardan insanların Quşçu ərazisində məskunlaşmasına səbəb olmuşdur. Quşçu kəndi ərazisində müxtəlif tipli arxeoloji abidələr – Daş qutu qəbirləri və Qalacıq müdafiə ictehkamı qeydə alınıb tədqiqat işi aparılmışdı. Əldə edilmiş arxeoloji materialların əksəriyyəti keramika məmulatından ibarətdir.

Ətraflı oxu

KOLANI YAŞAYIŞ YERİ

İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km aralıda Quşçu kəndinin cənub-şərqində yerləşir. Təqribən 20 hektar sahəyə malikdir. Kolanı yaşayış yerindən şərqdə Şərrər və Şıxbörkü abidələri yerləşir. Qərb tərəfdən Quşçu dağları ilə sərhədlənir.

Ətraflı oxu

DÖYRƏ YAŞAYIŞ YERİ

İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 15 km cənub-şərqdə, Gümüşlü yaşayış yerindən 800 m aralıda yerləşir. Yaşayış yeri şimal tərəfdən Çarhan, qərb istiqamətində Nüydü kəndləri, cənubdan Ləngəbiz sıra dağlarının şimal aşırımları, şərqdən isə müasir Dağ Bağırlı kəndi ilə həmsərhəddir.

Ətraflı oxu

ŞIXIYEV Hacıbaba Hacıbala oğlu

sixiyev_nuhbaba-web

(1.1.1947, Şamaxı ş.) – idmançı, SSRİ idman ustası (1971). Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Xankişi Hüseynovun rəhbərliyi altında sərbəst güləşlə məşğul olmuşdur. Gənclər arasında SSRİ birinçiliyinin və kənd idmançıları arasında keçirilən SSRİ birinciliyinin bürünc mükafatçısı, Nazirlər Sovetinin mükafatı uğrunda beynəlxalq yarışın gümüş mükafatçısı, ordu idmançıları arasında Zaqafqaziya çempionu olmuşdur.

Məlumat H.Şıxıyevdən alınmışdır.

 

Ətraflı oxu

PADARLAR

Oğuz-səlcuq tayfası. Tədqiqatçılara görə padarlar Elxanilər dövründə (13 əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (16-17 əsrlərdə) dağlı tayfalarının basqınlarının qarşısını almaq üçün Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. Padarların mərkəzi Şamaxı olmuşdur. Şamaxı zəlzələsindən sonra müxtəlif bölgələrə yayılmışlar. Ağsu, Dəvəçi, Hacıqabul, Xaçmaz, Qubadlı və Oğuz rayonlarında “Padar” adlı kənd var.

Əd.: 1. ASE, VII c, Bakı, 1983, s.426-427

“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.150

Dr. Yaşar Kalafat “Padar türklərində halk inancları”, “Serhat kültür” dergisi, İstanbul, 2008

Ətraflı oxu

ƏSKƏROV Tahir Tanqah oğlu

tahir_eskerov-web(24.6.1937, Şamaxı r-nunun Əngəxaran k. – 4.7.2000, Bakı) – zooloq, biologiya elmləri namizədi. Bakı Balıqçılıq Texnikumunu və Moskva Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışmış, balıqçılıq təsərrüfatlarına rəhbərlik etmişdir.

Ətraflı oxu

ŞİRVAN QATLAMASI

Qənnadı məmulatı. Ş.q. hazırlamaq üçün una yumurta (1 kq una 3-4 yumurta götürülür), duz, sirkə cövhəri və su vuraraq xəmir hazırlanır. Xəmiri otaq temperaturunda yarım saata qədər saxlamaq lazımdır.

Ətraflı oxu

AXUNDOV Әbdülxalıq Haсı Abdulla oğlu

Abdulxaliq Axundov(1863, Şamaxı ş. – 1944) – həkim, publisist, tərcüməçi. Almaniyanın Erlangen Universitetini bitirmişdir. Derpt Universitetində doktorluq disertasiyası müdafiə etmişdir (1893). Bakıda Həkimlər Cəmiyyətini təsis edənlərdən biri olmuşdur. 1892 ildə Əbu Mənsur Hərəvinin 11 əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən alman dilinə tərcümə edərək ölkəmizdə tibb tarixinin araşdırılmasının təməlini qoymuşdur.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 108

 

Ətraflı oxu

YAMAC KƏNDLƏRİ

Dağın döşündə amfitetar şəklində salınan kəndlər. Yamac kəndlərinin yerləşməsində başlıca amil onların su mənbəyinə (çay, bulaq, nohur və s.) yaxın olmasından ibarətdir (Dəmirçi və b.). Çox vaxt belə kəndlərin hər birində iki-üç bulaq olur.

Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.25-26

 

Ətraflı oxu