All posts by Qoca Abselimov

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi” inşa müsabiqəsinə yekun vuruldu

Oktyabrın 24-də Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Nəsimi böyük mütəfəkkir kimi” mövzusunda Şamaxının 67 orta və tam orta məktəb şagirdləri arasında keçirilmiş inşa müsabiqəsinin yekun tədbirində iştirak edib. Millət vəkilinin təşəbbüsü və dəstəyi ilə keçirilmiş inşa müsabiqəsini Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və 1905.az portalı təşkil edib.

Ətraflı oxu

Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

Ətraflı oxu

Şamaxı.6 sentyabr 2019-cu il.


Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində yüksək balla ali məktəbə daxil olmuş məzunlarla görüş keçirdi. Görüşdə həmçinin ötən illərdə ən yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələr, eləcə də millət vəkilinin təşəbbüsü və dəstəyi ilə 2011-ci ildən etibarən keçirilən Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri iştirak edib.

Ətraflı oxu

ŞAMAXIDA İFTAR SÜFRƏSİ

İyunun 26-da Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində dindarlar üçün iftar süfrəsi açılıb.

Ətraflı oxu

Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları

Şamaxının millət vəkili Elxan Süleymanov mayın 7-də Şamaxıda Böyük Vətən müharibəsi veteranları ilə görüşüb.

Görüşdə rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov, II Dünya müharibəsi iştirakçılarından Mirağa Əhlimanov, Dədəxan Niftalıyev, Cümşüd İbrahimov, Əlfalı Əsədov iştirak ediblər. Millət vəkili faşizm üzərində qələbə qazanılmasında müstəsna xidmətləri olmuş insanları təbrik edib.

Ətraflı oxu