Şamaxı r-nu ərazisində sıra dağlar. Pirsaat çayının orta axarından ş.-də yerləşir. Tədqiqatçılara görə, adı qismən təhrifə uğramışdır. Əslində Xoşaməddin olmalıdır. Yerli əhalinin verdiyi məlumata görə, Xoşaməddin və Kəmaləddin qardaş olmuş və sonralar onlara məxsus yaylaqların yerləşdiyi bu dağlar onların adları ilə adlanmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 228