Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

СƏFƏRZADƏ Əzizə Məmməd qızı


  • C
  • Elm və sənət adamları
  • Simalar

Əzizə Cəfərzadə

(29.12.1921, Bakı – 4.9.2003, Bakı) – Azərbaycanın xalq yazıçısı (2001), ədəbiyyatşünas, ictimai xadim. Filologiya elmləri doktoru (1970), professor (1974). Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1944-46 illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49 illərdə teatr texniki məktəbinin müdiri, 1950-55 illərdə Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, 1956 ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-74 illərdə Azərbaycan EA Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974 ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsini 1937 ildə “Ədəbiyyat” qəzetində çap etdirmişdir. İlk kitabı 1948 ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. S. Ә. Şirvaniyə həsr olunmuş “Aləmdə səsim var mənim”, Nişat Şirvanidən bəhs edən “Vətənə qayıt”, Ә Sabirlə A. Səhhətin dostluğundan danışan “Yad et məni” romanlarından ibarət trilogiyanın (1971 – 78) müəllifidir. “Bakı – 1501” (1980) romanının mövzusu 16 əsr Azərbaycan tarixindən alınmışdır. “Sabir” romanı (1989) məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” romanı (1992) 19 əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatına, “Bir səsin faciəsi” əsəri (1995) 19 əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatına, “Gülüstan”dan öncə” romanı (1996) 19 əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumu tarixinə həsr olunmuşdur. “Cəlaliyyə” (1983), “Zərrintac-Tahirə” (1996), “Bəla” (2001), “Rübabə sultanım” (2001), “Xəzərin göz yaşları” (2003), “Eşq sultanı” (2003) əsərləri Azərbaycan tarixinin müəyyən dövründə baş vermiş hadisələrdən bəhs edir.

Tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Bir sıra aşıq və şairlərin əsərlərini toplayib çap etdirmişdir ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir. Bu əsərlərlə yanaşı yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir. Bir çox xarici ölkələrdə, o cümlədənYuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlər ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır.

1981-89 illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində fəaliyyət göstərmişdir.

Xalqlar dostluğu ordeni və müstəqil Azərbaycanın ali mükafatı – Şöhrət ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.

Məlumat Əzizə Cəfərzadənin rəsmi saytından (www.azizajafarzade.com) götürülmüşdür.

Bənzər mövzular

EYVAZOVA (Qəhrəmanova) Kəmalə Əhliman qızı

ƏSGƏROV Firudin Həsən oğlu

ƏFƏNDİYEV Fərhad Rəşid oğlu

RZAYEV Ağababa Qasım oğlu

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31
  • OLEARİ Elşleger Adam

    (16.8.1603, Saksoniya – 23.2.1671, Qottorp, Şlezviq) – alman alimi. Leypsiq Universitetində...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO