(16.8.1603, Saksoniya – 23.2.1671, Qottorp, Şlezviq) – alman alimi. Leypsiq Universitetində dərs demiş, Holşteyn hersoqunun sarayında qulluq etmişdir. 1633-34 illərdə Şlezviq-Holşteyn səfirliyinin tərkibində Rusiyada, 1635-39 illərdə səyahət zamanı Səfəvilər dövlətində olmuşdur. 1643 ildə səyahətləri haqqında xatirələrini yazmışdır. Əsərdə Azərbaycanın təbiəti, tarixi, iqtisadiyyatı, əhalisinin adət-ənənələri, Azərbaycan dilinin yayılma arealı (İraq, Erivan, İsfahan və s.), Səfəvilər dövlətinin inzibati quruluşu, elm, ədəbiyyat və s. haqqında qiymətli məlumat, çoxlu şəkil, o cümlədən Şamaxının qravürası və xəritə verilmişdir.
Əd.: ASE, VII cild, Bakı, 1983, s.339 s.339