XAŞAXUT
Şamaxı r-nu ərazisində dağ. Ad xaşa (r-nunun ərazisində əkilən yem bitkisi) və xut (topa, qalaq, təpə) komponentlərindən düzəlib, “xaşa təpəsi” mənasındadır. Dağın yamacında bu bitki becərildiyi üçün belə adlandırılmışdır.
Şamaxı r-nu ərazisində dağ. Ad xaşa (r-nunun ərazisində əkilən yem bitkisi) və xut (topa, qalaq, təpə) komponentlərindən düzəlib, “xaşa təpəsi” mənasındadır. Dağın yamacında bu bitki becərildiyi üçün belə adlandırılmışdır.
Şamaxı r-nu ərazisində dağ. Dağ vaxtilə xələc tayfasına mənsub yaylaq yeri olduğu üçün belə adlandırılmışdır. Xalac variantında da qeydə alınmışdır.
Quba və Şamaxı r-nları arasında dağ aşırımı. Ərazidəki eyniadlı bulağın adı ilə adlandırılmışdır.
Şamaxı şəhərindən 8 km məsafədə, hündür təpə üzərində 11-13 əsrə aid yaşayış yeri. Arxeoloji tədqiqat zamanı ərazidən 9-12 əsrlər üçün xarakterik olan şirli, şirsiz saxsı məmulatı toplanmışdır. İlk tədqiqatın nəticələri abidənin feodal malikanəsi olduğunu söyləməyə imkan verir.
1958 ildə üzüm plantasiyaları salmaq məqsədilə təpəlik sahədə təsərrüfat işləri aparılarkən Xınıslı yaşayış yeri ilə birlikdə aşkar edilmişdir. 300-dən çox gümüş sikkə tədqiq olunmuşdur. Sikkələr Roma (denari), Afina (5 tetradraxma), Frakiya (3 tetradraxma), Vifiniya (7 tetradraxma), Pont (1 tetradraxma), Selevki (76 tetradraxma), Arşaki (161 draxma) və yerli bənzətmə alban (72 ədəd) pullarından ibarətdir.
Üç minillik Azərbaycan dövlətçilik tarixində özünəməxsus yerə malik Şirvanşahlar dövləti, iki min ildən artıq bir müddətdə Cənubi Qafqazın və Yaxın Şərqin sosial-iqtisadi və siyası tarixində də mühüm rol oynamışdır. Şirvanşahlar dövləti Şimali Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən biri olaraq Azərbaycan dövlətçilik tarixinə ən üzunömürlu bir dövlət kimi daxil olmuşdur.
(10.2.1955, Şamaxı ş.) – astronom, fizika üzrə fəlsəfə doktoru (2009). Bakı Dövlət Universitetini bitirmişdir. Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisidir. Əsas tədqiqatı A və F spektral sinifli ifranəhəng ulduz atmosferlərinin spektral tədqiqinə həsr olunmuşdur. Elmi nəticələri BDU – nun astrofizika kafedrasında, Ukraynanın Krım rəsədxanasında, müxtəlif yerli və beynəlxalq konfranslarda müzakirə edilmişdir.
(? – 5.11.1535) – Şirvanşah [1524-35]. Dərbəndilər sülaləsindən idi. Atası II İbrahimin [1502-24] ölümündən sonra hakimiyyətə keçmişdi. Səfəvilərdən asılı vəziyyətə düşən II Xəlilüllah I Şah İsmayılın qızı Pərixan xanımla evlənmişdi. Səfəvilərin vassallığından qurtarmağa çalışan II Xəlilüllahın bütün səyləri nəticəsiz qaldı. Ölümündən sonra hakimiyyətə övladı olmadığı üçün qardaşı oğlu Şahrux keçdi.
(? – 1462) – Şirvanşah [1417-62]. Dərbəndilər sülaləsindən idi. Atası Şirvanşah I İbrahimin ölümündən sonra hakimiyyətə keçmişdi. Onun dövründə Şirvanşahlar dövləti Qaraqoyunluların vassallığından azad oldu. 1460 ildə Samur çayı sahilində Şirvana soxulmuş Səfəvi Şeyx Cüneydin qoşununu məğlub etdi. Döyüş zamanı Şeyx Cüneyd öldürüldü. Bununla da Səfəvilər və Şirvanşahlar sarayı arasında uzun müddət davam edən düşmənçiliyin əsası qoyuldu. I Xəlilüllah dövründə ticarət və sənətkarlıq inkşaf etdi, Bakıda və s. şəhərlərdə geniş abadlıq işləri aparıldı.