Şamaxı r-nu ərazisində dağ. Ad xaşa (r-nunun ərazisində əkilən yem bitkisi) və xut (topa, qalaq, təpə) komponentlərindən düzəlib, “xaşa təpəsi” mənasındadır. Dağın yamacında bu bitki becərildiyi üçün belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007 , s.240