XALADAR ÇAYI
Qozlu çayının yuxarı axınında sol qollarından birinin adıdır. Burada eyni adlı (Xaladar yaylağı, Xaladar meşəsi) yaylaq və meşə də mövcuddur. Əslində xaladar sözü Kələdar sözünün təhrif forması olmalıdır.
Qozlu çayının yuxarı axınında sol qollarından birinin adıdır. Burada eyni adlı (Xaladar yaylağı, Xaladar meşəsi) yaylaq və meşə də mövcuddur. Əslində xaladar sözü Kələdar sözünün təhrif forması olmalıdır.
(1.8.1980, Ağsu r-nunun Gəgəli k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru.
Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir (2008). Milli Azərbaycan Tarixi Muzeyinin 2004 və 2008 illər, “Şamaxı tarix-diyarşünaslıq muzeyi”nin 2009 il ekspozisiyalarının, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin 3, 4 və 5 qazıntılarındakı sərgi zallarının (2010-13) hazırlanmasında yaxından iştirak etmişdir. “Şamaxı tarix-diyarşünaslıq muzeyi”nin kataloqunu iki dildə (azərbaycan və ingilis dillərində) hazırlamış, 2009 ildə nəşr etdirmişdir.
(6.11.1961, Şamaxı ş.) – mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetini və Azərbaycan Müəllimlər İnistutunun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyatı üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. Şamaxı Ekskursiya və Səyahətlər bürosunda işləmişdir.
Dini təriqət. 13-14 əsrlərdə Cəmaləddin Təbrizi, Zahid Gilani və Lahıclı Ömər Xəlvəti tərəfindən Şirvana gətirilən və burada formalaşmağa davam edən Xəlvətilik, adını qurucusu Pir Ömərin dağlarda və meşələrdə xəlvətə çəkilərək yalnızlıq halında təfəkkür və ibadət etməsindən almışdır. Ərbəin və çilə də adlandırılan “Xəlvət” prinsipi sufinin yetişdirilməsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Burada yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində böyük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər.
(1164-1192), – 12 əsr şairi. Şirvan şahı I Axsitanın sarayında yaşamışdır. Bəzi mülahizələrə görə, İzəddin Şirvaninin yerinə saraya dəvət edilmişdir. Məliküşşüara Mühəzzəbəddin Kürbasarlı onun müəllimi olmuşdur.
(? – ?) – 11 əsrdə Şirvanda yaşamış alim. Kafiəddin Ömər elm dünyasına atılarkən Şirvanşah onu imtahana çəkmək işini Xoca Adıgözələ tapşırmışdı. Onların arasında uzun müddət diskussiya getmişdir. Dinin dərk edilməsi, onun fəlsəfi mahiyyəti, fanatizm, dünyəvi elmlə islam dini arasında əlaqə və fərqlər sahəsində Kafiəddin Şirvani, astronomiya sahəsində Əbdülkərim Şirvani ilə diskussiyalar aparmışdır. Daşıdığı epitet (“xoca”) onun şahlıqda böyük hörmətinin olmasını və yüksək vəzifə tutduğunu göstərir.
(9.5.1928, Quba r-nunun Xucbala k. – mart, 1994, Bakı) – Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru (1974), professor (1982), Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan Tarixi Muzeyinin arxeoloji texnologiya laboratoriyasının müdiri, Azərbaycan EA Tarix İnstitutunun baş elmi işçisi olmuşdur.
(1.5.1963, Şamaxı r-nunun Məlikçobanlı k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1998), dosent (2006). Bakı Dövlət Universitetini bitirmişdir (1990). Azərbaycan EA Tarix İnstitutunda baş laborant, ADPU-nun Şamaxı filialında baş müəllim, Avrasiya Universitetində baş müəllim, Balıq Sənayesi Texnikumunda müəllim işləmişdir. Hazırda Sumqayıt Dövlət Universitetinin dosentidir. Bir sıra kitab və elmi əsərlərin müəllifidir.
(20.6.1898, Şamaxı – ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Şamaxı realnı məktəbini bitirib (1917), Petroqrad elektrotexnika institutuna daxil olmuş, Fevral inqilabından (1917) sonra Rusiyada baş verən hadisələrlə əlaqədar təhsilini yarımçıq qoyaraq vətənə qayıtmışdı. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika-riyaziyyat sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir.
Xançobanılar – Azərbaycan tayfası. Şirvan zonasında yaşamış və güclü tayfa birliyinә malik olan Xançobanılar 18 əsrdə Şirvanın siyasi hәyatında mühüm rol oynamışlar. Şamaxı xanları nəsli də xançobanılar tayfasından idi. 19 əsrdə Şamaxı və Cavad qәzalarında mövcud olmuş “Xançobanı” və indiki “Xoşçobanlı” (Masallı, Salyan və İmişli rayonu) kәndlәrinin adları ehtimal ki, xançobanılarla əlaqədardır.