MƏNUÇÖHR II
(? – ?) – Şirvanşah [təqr. 1096 – təqr. 1106/07]. I Fəribürzün oğlu. Yazılı mənbələrdə haqqında məlumat yoxdur.
(? – ?) – Şirvanşah [təqr. 1096 – təqr. 1106/07]. I Fəribürzün oğlu. Yazılı mənbələrdə haqqında məlumat yoxdur.
(? – 1844, Şamaxı) – Şamaxı xanı [1791/92-1820], Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü (1795) zamanı İran qoşunlarına müqavimət göstərmişdi. 1796 ildə Azərbaycandakı rus qoşunlarının komandanı general V.Zubovla aralarında ixtilaf baş verdiyinə görə hakimiyyətdən salınıb əmisi oğlu Qasım bəylə əvəz olunmuşdu.
(25.10.1920, Bakı. – 26.4.1978, Bakı.) – dövlət xadimi. 1944 ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1946 ildə Bakı Elektromexanika Zavodunun direktoru, 1960 ildə Respublika Xalq Təsərrüfatı Şurasının elektromexanika idarəsinin rəisi təyin olunmuşdur. Bakı Şəhər Partiya Komitəsinin 1-ci katibi, 1966-69 illərdə Dövlət Plan Komitəsinin sədr müavini, 1969-75 illərdə Rabitə naziri, 1975 ildə Yüngül Sənaye naziri vəzifələrində çalışmışdır. Dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan Ali SSR Sovetinin deputatı seçilmişdir.
(20.6.1896, Şamaxı – 21.4.1938) – sovet partiya və dövlət xadimi. Әvvəlcə mollaxanada, sonra Şamaxı realnı məktəbində oxumuş, bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. 1916 ildə Don (indiki Novoçerkassk) Politexnik İnstitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917 ildə Şamaxı Fəhlə və Әsgər Deputatları Sovetinin sədri olmuşdur. Zaqafqaziya kəndli deputatlarının qurultayında Kəndli Deputatları Soveti Ölkə İcraiyyə Komitəsinə üzv seçilmiş, Ümumrusiya Kəndli Deputatları Soveti İcraiyyə Komitəsinin işində (1917) iştirak etmişdir.
Qasım xan Məhəmmədsəid xan oğlu Xançobanlı (1763, Şamaxı – 1828, İran) 7-ci Şirvan xanı [1789-92; 1795-96]. Məhəmmədsəid xanın 5-ci оğlu Qasım xan da ömrünün bir hissəsini qardaşı Əsgər xan və əmisi оğlu Mustafa xanla qaçqınlıqda keçirmiş və 1786-89 illərdə xanlıq kürsüsündə böyük qardaşı Əsgər xanı əvəz etmişdir. 1792 ilin əvvəllərindən etibarən Şirvan əyanlarının ona incikliyi başladı. O təbəələr arasında fərq qoymur, şirvanlılara arxalanmaq yerinə Məhəmməd Şamxalın oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə gətirdərək onlardan məsləhət alırdı.
Qazbek, Sultan Məhəmməd Qazi (? – 1501/02) – Şirvanşah [1501/02]. Fərrux Yasarın oğlu. Dərbəndilər sülaləsindən idi. Atasının sağlığında Bakı və Mahmudabad şəhərlərinin, Güştasfi və Salyan vilayətlərinin hakimi təyin edilmişdi. Qardaşı Bəhram bəyin ölümündən sonra hakimiyyətə keçmiş və cəmisi altı ay hakimiyyətdə olmuşdu. Şah İsmayılın Bakıya hücumu zamanı (1501) Şirvanın dağ qalalarını müdafiəyə hazırlamışdı.
(?-?) – Şirvanşah [1196/97-1200/01], III Mənuçöhrün oğlu. Kəsranilər sülaləsindən idi. Şamaxıda zəlzələ vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan, varis qalmadığı üçün taxta onun qardaşı I Şahənşah çıxdı. Altıağac kəndindən tapılmış iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr aşkar olunmuşdur. Üz tərəfində dini rəmz və xəlifə ən Nasir-lidin-Allahın adı, habelə Qurandan parçalar, əks tərəfində isə “Məhəmməd rəsulillah, əl-məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah” sözləri həkk olunmuşdur. Şahənşahın hökmranlığı uzun sürməmiş, özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s. 170-171
(? – 1538) – Şirvanşah [1535/36 – 38]. Əmisi II Xəlilüllahın ölümündən sonra hakimyyətə çıxarılmışdı. Kiçik yaşlı olduğundan dövləti əslində vəkil Hüseyn bəyin başçılığı ilə Şirvan zadəganları idarə edirdi. Özünü Şirvanşah Şeyxşahın oğlu Məhəmməd adlandıran bir qələndər (dərviş) 1537 ildə Şirvanda hakimiyyət uğrunda mübarizəyə başladı.
(? – ?) – Şirvanşah [1502 – 1502], Qazibəyin oğlu, Dərbəndilər sülaləsindən idi. Məhəmməd Qazi bəy 1502 ilin birinci yarısında öldürüldükdən sonra Şirvanşahlar taxtını onun oğlu, mənbələrdə “yalançı və qan içən müstəbid” adlandırılan Sultan Mahmud ibn Qazi bəy tutdu. Münəccimbaşının məlumatına görə, onun hakimiyyəti cəmi bir neçə gün – Şirvan əhalisi üsyan qaldıraraq Gilana, onun əmisi Şeyx İbrahimə (Şeyxşaha) sifariş göndərərək, onu Şirvana qayıdıb, Şirvanşahlar taxtına sahib durmağa dəvət edənədək çəkdi.