Qurğuşun çiçəyi fəsiləsindən Azərbaycanın məhdud endemik bitki növüdür. Dəvəçi rayonunda Ərəblər, Güləh, Daşlı Calqan kəndləri ətrafında, Ağburun dağında, Şamaxı rayonunda yayılmışdır. Aşağı dağ qurşağının quru, daşlı yamaclarında bitir.
Əd.: Azərbaycan SSR-in Qırmızı kitabı, Bakı, “İşıq”, 1989, s.469-470