ORUCӘLİYEV Әdhəm Əlicabbar oğlu
(27.5.1907, Şamaxı – ?) – istilik energetikası sahəsində alim. Texnika e. d. (1963), professor (1964). Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1971). Azərbaycan Neft Kimya İnistutunda buxar, qaz turbinləri və istilik-elektrik stansiyaları kafedrasının müdiri olmuşdur.