ARİF ŞİRVANİ
Kərbəlayi Allahi Arif, (1786-1866), Azərbaycan şairi. Həyatı haqqında məlumat azdır. Şirvan hakimi Mustafa xanın (1792-1820) sarayında yaşamış, sonralar ondan inciyərək, İrəvan xanı Hüseyn xanın sarayına getmişdir.

Abbas Ağabala oğlu Söhbətov (1908, Şamaxı r-nunun Cəyirli k. – 1966, Şamaxı ş.) – Azərbaycan aşığı. Aşıqlıq sənətinin sirrini əvvəllər öz həmkəndlisi Aşıq Fərəcdən, sonra isə Şirvan aşıqlarının atası hesab olunmuş Aşıq Mirzə Bilaldan almışdır.
Hacıyev Hacalı (1935, Şamaxı r-nunun Quşçu k. – 10.3.1983, yenə orada) – Azərbaycan aşığı. Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir. Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir.
Quliyev İbrahim Qulu oğlu (1860, Şamaxı r-nunun Əngəxaran k. – 1914, Əngəxaran k.) – Azərbaycan aşığı, Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri. Aşıqlığın sirrlərini dayısından öyrənmişdir.