Abbas Musaxan oğlu (1954, Şamaxı r-nunun Şıxzərlı k.) – el aşığı. Atası Musaxan öz dövrünün məşhur sənətkarlarından olmuşdur. Ustad balabançı kimi Şirvanın bir çox ustad aşıqları-Aşıq Abbas, Aşıq Xanmusa, Aşıq Məmmədağa və başqalarını müşayiət etmişdir. Aşıqlıq sənətinin sirlərini atasından öyrənsə də, püxtələşməsində ustad Aşıq Xanmusanın da xüsusi zəhməti olmuşdur. Moskva, Sankt-Peterburq və Orta Asiyada keçirilən festivallarda iştirak etmiş, diplom və fəxri fərmanlara layiq görülmüşdür. 1989 ildə Qazaxıstanda, eləcə də Dağıstan xalqlarının Gəncədə keçirilən gənc ozanlarının müsabiqəsinin qaliblərindəndir. Şeirləri qəzet, jurnal və toplularda işıq üzü görmüşdür.
Məlumat Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölməsindən alınmışdır.