AŞIQ BİLAL
AŞIQ HACALI
Hacıyev Hacalı (1935, Şamaxı r-nunun Quşçu k. – 10.3.1983, yenə orada) – Azərbaycan aşığı. Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir. Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir.
AŞIQ HAVALARI
Aşıq yaradıcılığının məhsulu olan vokal-instrumental musiqi janrı. Müasir aşıqların repertuarında daim işlənib təkmilləşən 80-ə yaxın ənənəvi aşıq havası və onların çoxsaylı variantları vardır.
AŞIQ İBRAHİM
Quliyev İbrahim Qulu oğlu (1860, Şamaxı r-nunun Əngəxaran k. – 1914, Əngəxaran k.) – Azərbaycan aşığı, Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri. Aşıqlığın sirrlərini dayısından öyrənmişdir.
AŞIQ MAHMUD
AŞIQ MƏMMƏDAĞA
AŞIQ MİRƏLİ
Mirəli Ağalı oğlu (1850, Şamaxı ş. – 1905) – aşıq. Şamaxıda Molla Tahirin məktəbində oxumuşdur. Aşıq İbrahimin şagirdi olmuşdur. İyirmi il aşıqlıq etmişdir. “Beyt üs-səfa” məclisində iştirak etmişdir.