Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

AŞIQ HAVALARI


  • A

Aşıq yaradıcılığının məhsulu olan vokal-instrumental musiqi janrı. Müasir aşıqların repertuarında daim işlənib təkmilləşən 80-ə yaxın ənənəvi aşıq havası və onların çoxsaylı variantları vardır. Aşıq havaları məzmun və xarakterin görə qəhrəmanlıq ruhlu, lirik, satirik, nəsihətamiz səciyyəli olur: məsələn, “Koroğlu”, “Misri”, “Orta divani” havalarında mərdlik, cəsurluq, “Qəmərcan”, “Gözəlləmə”, “Göyçəgülü” havalarında oynaqlıq, şən əhvali-ruhiyyə, “Dilqəmi”, “Yanıq Kərəmi”də lirik məhəbbət duyğuları, qüssə və həsrət motivləri ifadə edilir. Aşıq havalarının quruluşu instrumental və vokal-instrumental epizodların növbələşməsinə əsaslanır, bir qayda olaraq, instrumental müqəddimə ilə başlanır.
Aşıq havaları melodik və ritm xüsusiyyətlərinə görə çox zəngin və rəngarəngdir. Burada reçitativ-deklamasiya və mahnı xarakterli melodiyalardan geniş istifadə olunur. Səsin eyni ucalıqda təkrarı, musiqi motivinin və musiqi ibarələrinin variantlı şəkildə təkrarlanması, melodiyanın məqam pillələri üzrə enən sekvensiyalı hərəkəti aşıq havalarının səciyyəvi xüsusiyyətidir. Aşıq havalarının ritmik xüsusiyyətləri şeirin forma və vəzni ilə əlaqədardır. Müasir aşıqlar gəraylı, qoşma, təcnis, divani, müxəmməs və s. şeir formalarından çox istifadə edirlər. Ədəbi mətnin və melodiyanın xüsusiyyətlərindən asılı olaraq, bir hava üstündə bir neçə şeir oxuna bilər. Aşıq havalarının adları şeir formaları (“Gəraylı”, “Təcnis”, “Müxəmməs” və s.), dastan surətləri (“Koroğlu”, “Kərəmi” və s.), yarandığı yer adları (“Naxçıvanı”, “Şərili” və s.), aşıqların adı ilə (“Cəlili”, “Bəhməni”, “Dilqəmi”, “Ürfanı” və s.) bağlı olur. Aşıq havaları saz və balabanın müşayiəti ilə ifa olunur.
Aşıq havalarının məqam əsası sazın quruluşundan irəli gəlmişdir. onların əsasını Şur məqamı təşkil edir, Segah, Bayatı-Şiraz məqamlarında bəstələnmiş havalar da vardır. Aşıq havalarının harmonik əsasını sazın köklərindən irəli gələn akkordlar kompleksi təşkil edir. Bunlardan “Qaraçı kökü”, “Dilqəmi kökü”, “Ayaq divani kökü” və s. əsas akkordlardır. Aşıq havaları xalq arasında çox sevilərək geniş yayılmış və dinləyici tələbatından irəli gələrək, xanəndələrin repertuarına da daxil olmuşdur. Xanəndələr əsasən lirik və oynaq xarakterli aşıq havalarının oxunmasına üstünlük verir və bu havaları özünəməxsus tərzdə ifa edirlər: məsələn, “Gülə-gülə”, “Nazlana-nazlana”, “Qaçaq Nəbi” və s. aşıq havaları xanəndə yaradıcılığında fərqli xüsusiyyətlər kəsb etmişdir. Muğam sənətinin ən geniş yayılmış janrlarından olan zərbi muğamların da əsasını aşıq havaları təşkil edir: məsələn, “Arazbarı”, “Ofşarı”, şikəstələr – “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Şirvan şikəstəsi” və s. aşıq yaradıcılığının məhsulu olub, sonradan xanəndə yaradıcılığında təkamülə uğrayaraq, kök salmışdır.
Əd.: Azərbaycan Muğam Ensiklopediyası, Bakı, “Şərq-Qərb”, 2012, s. 63-64

Bənzər mövzular

AĞAYEV Asif Sabir oğlu

ADIGÖZƏLOV Ağakərim Canəli oğlu

ABDULLAYEV Şakir Zakir oğlu

AXUNDOV Cavanşir Əşrəf oğlu

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31
  • AKİMOV Kamil Əlisoltan oğlu

    (11.7.1927, Sabirabad ş.) – ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycanın əməkdar...

  • ABDULLAYEV İlqar Ağamməd oğlu

    (1.8.1966, Şamaxı r-nunun Ovculu k.) – fəlsəfə üzrə fəlsəfə doktoru (1996),...

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO