All posts by rashad

NƏSİMİ filmi

nesimi1973 ildə çəkilmiş tammetrajlı Azərbaycan bədii filmi. Film əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. Film aktyor Rasim Balayevin kinoda ilk işidir. Ssenari müəllifi – İsa Hüseynov, quruluşçu rejissor – Həsən Seyidbəyli, quruluşçu operator – Rasim İsmayəlov, quruluşçu rəssam – Məmməd Hüseynov, Mais Ağabəyov, bəstəkar – Tofiq Quliyev. Filmdə Rasim Balayev, İsmayıl Osmanlı, Səməndər Rzayev, Xalidə Quliyeva, Məmədrza Şeyxzamanov, Yusif Vəliyev, Əbdül Mahmudov və b. çəkilmişdir. Kinolentə 7-ci Ümumittifaq kinofestivalının “Tarixi mövzuda ən yaxşı filmə görə” mükafatı verilmişdir.

Ətraflı oxu

LANDŞAFT VƏ BİOLOJİ MÜXTƏLİFLİK

shamaxi-torpaq-web

İqlimi cənubda qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim-istidir.
Çimli dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-qara, qonur dağ-meşə, dağ tünd-şabalıdı, şabalıdı, boz-qonur, şorakətvarı boz-qonur, boz-çəmən və çəmən-boz torpaqlar yayılmışdır. Zəngin meşələri, subalp və alp çəmənlikləri, dağ-bozqır və yarımsəhra bitkiləri vardır.

Ətraflı oxu

MUSTAFAYEV Arif Nadir oğlu

mustafayev_arif(15.7.1938, Qazax r-nunun Cəfərli k.) – Azərbaycan etnoqrafı, tarix elmləri doktoru (1993), professor. Qazax Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

Ətraflı oxu

ÖMƏROV Sahib Xancan oğlu

omerov_sahib(16.4.1961, Şamaxı r-nunun Cabanı k.) – kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru (2009). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühəndis, aparıcı mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır.

Ətraflı oxu

ŞAMAXI RAYONU

samaxi_rayonu-web

Azərbaycan Respublikasında inzibati rayon. 1930 ildə təşkil edilmişdir. Böyük Qafqazın cənub-şərqində yerləşir. Sahəsi 1610 km2, əh. 87.4 min nəfərdir (1.1.2006). Mərkəzi Şamaxı şəhəridir.

Ətraflı oxu

KASPİ VİLAYӘTİ

Çar hökümətinin Qafqazda 1840 il 10 aprel tarixli inzibati islahatına əsasən yaradılmışdı (1841, 1 yanvar). Mərkəzi Şamaxı ş. olmuşdur. Kaspi vilayətinin tərkibinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd, Quba qəzaları daxil idi.

Ətraflı oxu

ŞİRVANŞAHLAR DÖVLӘTİ

shirvanshahlar

Azərbaycan feodal dövləti. Şirvanşahlar sülaləsi idarə edirdi. Әsasən, Şirvan tarixi vilayətini, ayrı-ayrı vaxtlarda isə şimalda Dərbənd, qərbdə Şəki-Gəncə, cənubda Beyləqan əyalətlərini, şərqdə isə Xəzər dənizi sahilindəki əraziləri əhatə edirdi.

Ətraflı oxu

AŞIQ ŞƏRBƏT

asiq_serbetFətəyev Şərbət Cənnətalı oğlu (1935, Şamaxı r-nunun Talışnuru k.) – Azərbaycan aşığı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2009). Aşıqlıq sənətinə 1954 ildə başlamışdır.

Ətraflı oxu

MURAD MİRZALI OĞLU

(1820, Şamaxı ş – 1890, Şamaxı ş.) – balaban ifaçısı. İlk təhsilini mollaxanada almışdır. 9-10 yaşlarında bu sənətə maraq göstərmişdir. 15 yaşında atıq mükəmməl balaban ifaçısı idi.
Xüsusən dəmkeşlərə məxsus fasiləsiz ifa üsulunu mənimsə­di­yindən, balaban və zurna ifaçılığında bö­yük uğurlar qazanmış və mahalda ustad ba­laban ifaçısı kimi tanınmişdır. Mahmud ağanın ən sevimli musiqiçisi olmuşdur.

Ətraflı oxu

PİR HÜSEYN XANƏGAHI

pir_huseyn_xanagahi-web

Ölkə əhəmiyyətli abidədir. Bakının 127-ci kilometrliyində Pirsaat çayı sahilində, Bakı-Salyan karvan-ticarət yolu üzərində, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisindədir. Xanəgah kompleksi 11 əsrin məşhur sufi şeyxi Pir Hüseyn (Şirvani) Rəvananın adı ilə bağlıdır. Memarlıq-məkan həllinin mükəmməlliyi baxımından Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək yer tutur. Belə tikililərdən çoxunun əsası Şirvanşah Gərşasbın oğlu Fəribürz və II Axsitanın oğlu II Gərşasbın vaxtında qoyulmuşdur.

Ətraflı oxu