AŞIQ XANIŞ
Zahidov Xanış Xeyrulla oğlu (1932, Şamaxı r-nunun Nabur k.) – el aşığı. Babası, nənəsi, anası sinədəftər el şairi, əmisi Şirsoltan Zahidov isə öz dövrünün ən məhşur aşıqlarından biri olmuşdur.
Zahidov Xanış Xeyrulla oğlu (1932, Şamaxı r-nunun Nabur k.) – el aşığı. Babası, nənəsi, anası sinədəftər el şairi, əmisi Şirsoltan Zahidov isə öz dövrünün ən məhşur aşıqlarından biri olmuşdur.
Qərənfilkimilər fəsiləsindən çoxillik, tünd-göy rəngli ot bitkisi. Çiçəklənmə – meyvə əmələgətirmə dövrü iyun ayına təsadüf edir. Quraqlığa davamlı, işıqsevəndir. Böyük Qafqazın şərqi (Bakı-Şamaxı yolu, Şamaxı rayonu – Daşlıca dağı), Abşeron (Güzdək yaylası), Kür-Araz ovalığı (Qaradağ rayonu – Qobustan qəsəbəsi), Samur-Dəvəçi ovalığında ( Şabran rayonu, Gilgilçay boyu, Beşbarmaq dağı) yayılmışdır.
Əd.: Azərbaycan Respublikasının Qırmızı kitabı, Bakı, “Şərq-Qərb”, 2013, s. 268-269
Şamaxı r-nu İkinci Cabanı i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Bu söz oğuz tayfalarından birinin adını əks etdirir. Çəpni, Çəbni, Cabani variantlarında Azərbaycan ərazisində geniş arealda yayılmışdır. Şərqi Avropa düzənliyində də rast gəlinir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.117
Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Sərdəxana platosunun qərbində, Pirsaat çayının sahilindədir. Əhalisi 134 nəfərdir (2009), 31 təsərrüfatı var. Keçmiş adi Zarat olmuşdur. Dağ sürüşməsi nəticəsində kənd başqa əraziyə köçürülmüş, lakin bir müddətdən sonra əhali yenidən əvvəlki yaşayış məntəqəsinə qayıtmışdır. Kəndin adı onun gözəl təbiəti ilə bağlı yaranmışdır
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 183
Şamaxı r-nu Qızmeydan i.ə.d-də kənd. Pirsaat çayının sol qollarından olan Yapalaq çayının başlanğıc sahəsində, Qızmeydan platosunda yerləşir. Kənd vaxtilə Astraxanka adlı rus kəndindən çıxmış ailələr tərəfindən Şirəlibəy mülkündə bina edilmişdir. Qızmeydan yaylasında yerləşən Astraxanka (indi Qızmeydan) kəndindən çıxmış ailələr tərəfindən yeni kənd salındığına görə, Novoastraxanka adı verilmişdir. Hazırda bu kənd Yeni Qızmeydan adlanır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.123
Şamaxı r-nu Şəhriyar qəsəbə i.ə.d.-nin mərkəzi. 1931 ildə Lenin adına sovxoz adı ilə yaranmışdır. Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi”, “Qızılı mərəndi” sortları bu torpaqda yaranmışdır.
Azərbaycanda şəhər. Eyniadlı inzibati rayonun mərkəzidir. Bakıdan 118 km aralıdır. Kürdəmir dəmiryol stansiyasından (Bakı-Tbilisi dəmiryolu) 72 km şimal-şərqində, Bakı-Qazax avtomobil yolu kənarında, Baş Qafqaz silsiləsinin c.-ş. ətəklərindədir. Azərbaycanın ən qədim şəhərlərindən biridir. Əhalisi 36,8 min nəfər (2012). Yaşayış məntəqəsi haqqında antik dövr, ərəb, fars, türk, erməni, gürcü, həmçinin orta əsr Avropa müəllifləri məlumat verirlər.