(15.11.1958, Şamaxı ş.) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (2006). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Prokurorluq orqanları sisitemində müxtəlif rəhbər vəzifələrdə işləmiş, uzun müddət Baş Prokurorluğun Ümumi nəzarət idarəsinin rəisi, Bakı şəhər prokuroru, Respublika Baş prokurorunun müavini vəzifələrində çalışmışdır.
Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinə rəhbərlik edir (2007 ildən). “Sovremennoe pravo” (Rusiya) və “Probelı v rossiyskom zakonodatelstve” (Rusiya) jurnallarının Redaksiya Şurasının üzvüdür. 100-ə yaxın elmi əsərin, o cümlədən, 4 monoqrafiyanın, 4 dərs vəsaitinin və dərsliyin müəllifidir. 3 monoqrafiyası və 30-ə qədər məqaləsi Rusiya Federasiyası və Fransa Respublikasında dərc edilmişdir. Fransadakı Sofiya Antipolis Universitetinin fəxri professorudur (2015).
Məlumat İ.Vəliyevdən alınmışdır.