SEYİD ZÜLFİQAR ŞİRVANİ
(1192, Şamaxı – 1305, Təbriz) – Azərbaycan şairi. Mədrəsə təhsili almış, orta əsr poetikasını, məntiq, astronomiya və fəlsəfəsini öyrənmişdi. Şirvanşahlar sarayında yaşamış, Şərq ölkələrinə səyahətə çıxmış, Luristan atabəyi Yusif şaha qəsidələr ithaf etmişdi. Zülfüqar Şirvaninin öz əsərlərində 6 dildə, o cümlədən Azərbaycan dilində yazdığına işarə vardır.