ZOĞALAVA su anbarı
Azərbaycan Respublikasının Şamaxı r-nunda, Zoğalava çayı üstündədir. 1974 ildə istifadəyə verilmişdir. Ümumi həcmi 3,4 mln. m3, faydalı həcmi 3 mln. m3-dir. Su təchizatında və suvarmada istifadə olunur. Zoğalava çayının axımını tənzim edir.
Əd.: ASE, IV cild, Bakı,1980, s. 338