KƏLƏXANA TÜRBƏLƏRİ
17 əsrə aid Azərbaycan memarlıq kompleksi. Şamaxı r-nunun Kələxana kəndindədir. 9 türbədən 8-i qalmışdır. Türbələrdən yalnız birinin giriş qapısının yuxarı hissəsində kitabə var. Kitabədəki yazıda abidənin 1663 ildə sərkar Әbdüləzim Әmirəli oğlu (Əbdüləzim Sərkar) tərəfindən İbrahim Әmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilir. Kələxana türbələri planda səkkizbucaqlı olub piramida şəkilli günbəzlə örtülmüşdür.