DƏDƏGÜNƏŞ PİRİ
Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-03 illərdə tikilmişdir.
Məqbərədən tapılmış kitabəyə görə məqbərə Dədəgünəş nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olmuşdur. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəşdə rəvayətlərə görə orta əsrlərdə məşhur elm mərkəzlərindan biri yerləşmişdir. Mənbələrə görə, Dədəgünəş məşhur Azərbaycan şairi Əfzələddin Xaqaninin əmisinin ləqəbi olmuşdur.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.119