ÇUXURYURD
Şamaxı r-nu Çuxuryurd kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 9 km şimalda, Şamaxı – Dəmirçi avtomobil yolu kənarında, dağ ətəyindədir. Çuxuryurd çökəkliyindədir. Əhalisi 1048 (2009) nəfərdir, 794 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, klub, kitabxana, kinoqurğu, xəstəxana, ambulatoriya, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.