ÇIRAQLI
Şamaxı rayonu Sabir qəsəbə i.ə.d.- də kənd. Rayon mərkəzindən 9 km cənubda . Ləngəbiz silsiləsinin ətəyində, Pirsaat çayının sol sahilindədir. Əhalisi 242 (2009) nəfərdir, 42 təsərrüfatı var. Doqquzillik məktəb, arxeoloji abidələrdən qədim qəbiristan (e.ə I minilliyin sonu-eramızın I minilliyi) var. Çıraqlı tayfasının adının mənşəyi məlum deyil. Lakin tədqiqatçılara görə Çıraq tayfasının adı hələ I əsrdə yaşamış yunan cografiyaşünası Strabonun qeyd etdiyi Girak tayfası ilə eyni mənşəlidir. Digər mənbələrə görə isə Qızılbaşların çıraqlı tayfasının adını əks etdirir.
Əd.: ASE X cild, Bakı, 1987, s.368
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.75