BAHAR ŞİRVANİ
Mirzə Nəsrulla Hacı Әbülqasım oğlu (1834, Şamaxı – 1883, Təbriz) – Azərbaycan şairi. Azərbaycan, fars və ərəb dillərində təhsil almışdır. Şərq ölkələrinə səyahət etmiş, Hindistanda yaşamışdır. 1858 ildən Tehranda bir müddət təbabətlə məşğul olmuşdur. Lirik şeirləri ilə şöhrət qazanan Bahar Şirvani Nəsrəddin şahın sarayına dəvət olunaraq məlik üş-şüəra adı almışdır. 1878 ildən Təbrizdə yaşamışdır.