Şirvan bölgəsi üçün xarakterik olan ev tipi. Dam örtüyü balıqbeli formasında olub, xeyli alçaq düzəldilirdi. Bunun üçün ana tiri kəllə divari üzərinə qaldırıb üstünə, hər iki tərəfə maili olmaqla pərdilər döşənirdi. Dam çardağında “səlim ağacı” işlənmir, onların eyvanı kəllədə deyil,evin uzunluğu boyunca düzəldilirdi. Belə evlər interyerdə yanlara doğru maili, eksteryerdə isə balıqbeli şəklində görünürdü. Şirvani evlər adətən daşdan tikilirdi.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.34-35