Oktyabrın 11-də “Şamaxı ensiklopediyası”nın redaksiyasında Redaksiya Heyətinin üzvü, professor Kamil İbrahimovun iştirakı ilə görüş keçirildi. Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri Fuad Babayev 2015-ci il oktyabrın 25-də “Şamaxı Ensiklopediyası”nın təqdimatından ötən dövr ərzində görülən işlərlə bağlı geniş məlumat verdi. Yaradıcı qrupun üzvü Təmkin Məmmədli “shamakhi-encyclopedia.az” saytına son dövrlərdə yüklənən materiallardan danışdı.
Görüşdə həm də prof. Kamil İbrahimovun yeni çap olunan “Qədim Şirvan elinə səyahət” kitabının məziyyətləri müzakirə olundu. Bildirildi ki, kitabda Şamaxının qədim tarixi, Şirvanda şəhərsalma və dövlətçilik tarixi, Şamaxı və ətraf bölgələr haqqında məxəzlər, mənbələr, eləcə də tarixi tədqiqatlar ətraflı araşdırılır. Şamaxı yaxınlığındakı Əngəxaran kəndi, onun ziyalıları, bu elin aşıqları ilə bağlı məlumatlar da kitabda öz əksini tapıb, həmçinin Əngəxaran kəndində 1918-ci ilin martında malakanların törətdikləri soyqırımdan da geniş bəhs olunur.
“Qədim Şirvan elinə səyahət” kitabının elmi məsləhətçisi tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarix üzrə elmlər dojtoru, professor Qafaq Cəbiyevdir. Görüşdə kitabın elektron versiyasının “shamakhi-encyclopedia.az” saytına yüklənməsi qərara alındı.