orta ixtisas təhsili müəssisəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002 il tarixli qərarı əsasında Şamaxı Aqrosənaye-İqtisadiyyat Texnikumunun bazasında yaradılmışdır. 1932 ildə yaradılmış Şamaxı Pedaqoji Məktəbinin əsasında 1986 ildə Şamaxı Üzümçülük Texnikumu, 1991 ildə isə həmin təhsil müəssisəsinin əsasında Şamaxı Aqrosənaye-İqtisadiyyat Texnikumu təsis olunmuşdur.
Kollecdə mühasibat uçotu, bank işi, meşə və meşə – park təsərrüfatı, aqrar ( fermer) təsərrüfat, bələdiyyə təsərrüfatının təşkili, elektrik təchizatı, maliyyə işi, poçt rabitəsi, baytarlıq, yol hərəkətinin təşkili, vergi və vergi tutma ixtisasları üzrə kadr hazırlığı aparılır. 2015/16 tədris ilində kollecdə 434 nəfər təhsilə cəlb olunmuşdur ki, bunlardan 400 nəfəri əyani, 34 nəfəri isə qiyabi təhsil alırlar. Tələbələrin təlim-tərbiyəsi ilə 46 nəfər müəllim məşğul olur ki, onlardan 2 nəfəri elmlər doktoru, 1 nəfəri fəlsəfə doktorudur. Kollecin direktoru Anar Abbasovdur.
Məlumat kollecin direktoru A.Abbasovdan alınmışdır.