(1860/62, Şamaxı, Bağırlı k. – 1968, Bağırlı k.) – şair. Atası Azay Dovğaçı oğlu təxəllüsü ilə şeirlər yazmışdır. Xalqımıza xas olan xalçaçılıq sənətini gözəl bilmiş, toxuduğu xalçalara incə naxışlar virması ilə seçilmişdir. Qəbri Bağırlı məzarıstanlığında, atası, şair Dovğaçı oğlu Azayın qəbrinin yanındadır.
Əd.: Azərbaycan qadın şairləri antologiyası (tərtib edəni Ə.Cəfərzadə) , Bakı, “Avrasiya Press”, 2005, s. 116