(1.7.1957, Şamaxı ş.) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (2008), professor (2013). Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əsas tədqiqat sahəsi parametrli (Morri tipli) fəzalar ailəsinin qurulması və bu fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin araşdırılması ilə bağlıdır. Ölkədə və xaricdə dərc olunmuş 70 – dən artıq elmi əsərin və dərs vəsaitinin müəllifidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin professorudur. Elmi kadrların hazırlanmasında xidmətləri vardır.
Məlumat A.Nəcəfovdan alınmışdır.