(27.9.1902, Şamaxı – 1988, Bakı) – cərrah, tibb xidməti polkovniki. Tibb e.d. (1939), professor (1940), Azərbaycan SSR əməkdar elm xadimi (1957). İkinci Dünya müharibəsi iştirakçısıdır. 1947-77 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun qospital cərrahiyyə kafedrasının professoru, müdiri, 1977 ildən həmin kafedranın konsultantı olmuşdur. Әsərləri əsasən, irinli cərrahi xəstəliklərə, hərbi səhra-cərrahlığına, qaraciyər və öd yolları patologiyasına və s. həsr edilmişdir. Lenin ordeni, Qırmızı Әmək Bayrağı ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.396