(1875, Şamaxı – 1968, Qahirə) – Azərbaycan Milli Şurasının üzvü. Bakı realnı məktəbini, Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908 ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi. 1918 ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2005, s. 170