1826, Şamaxı ş. – 1902, Şamaxı ş.) – mesenat, incəsənət humayəçisi. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. 19 əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın qonağı olmuşlar. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur.
Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdı oğlu kimi dövrünün məşhur xanəndələri Mahmud ağanın qonağı olmuş, onun təşkil etdiyi musiqi məclislərində iştirak etmişlər. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlamış, onun yaratdığı “Beyt üs-səfa” ədəbi məclisinin üzvlərinə himayədarlıq etmişdir.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.53