Azərbaycan Respublikasında dağ silsiləsidir. Şirvan düzü ilə Pirsaat çayı arasındadır. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hün. bəzi yerdə 900 m-dən artıqdır. Şirvan düzünə enən yamacları yarğanlarla parçalanmışdır. Paleogen və Neogenin gil və qumdaşılarından təşkil olunmuşdur. Palçıq vulkanları (Quşçu, Kolanı və s.) var. Quru çöl və yarmsəhra landşaftı üstündür. Meşə və kolluqlar var. Ağsu aşırımı buradadır.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.215