Çar hökümətinin Qafqazda 1840 il 10 aprel tarixli inzibati islahatına əsasən yaradılmışdı (1841, 1 yanvar). Mərkəzi Şamaxı ş. olmuşdur. Kaspi vilayətinin tərkibinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd, Quba qəzaları daxil idi. Vilayəti Zaqafqaziya Baş idarəsinə tabe olan vilayət ərzisi, xəzinə və dövlət mülkiyyəti palataları idarə edirdi. Qəzalar məntəqələrə bölünürdü. Məntəqələrin təşkili zamanı milli birlik və ərazi bütövlüyü prinsipləri qəsdən pozulurdu. Çar hokumətinin 1846 il dekabr inzibati islahatına əsasən ləğv olunmuşdur.
Əd.: ASE, V cild, Bakı, 1981, s.291