(21.3.1914, Şamaxı r-nunun Şıxlar k.) 1941 ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Stalinqrad, Xarkov, Budapeşt, Vyana və Praqada gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Qvardiya starşinası Şöhrət Ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. 1945 il iyunun 24-də Moskvada Qızıl meydanda qələbə rəsmi keçidində iştirak etmişdir. 1946 ildə ordudan buraxılmış, sonra buruq ustası işləmişdir. Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.
Əd.: ASE, V cild, Bakı, 1981, s.354