Şamaxı r-nu Kələxana kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Şamaxı platosundadır. Әhalisi 804 (2009) nəfərdir, 139 təsərrüfatı var. Doqquzillik məktəb, kitab-
xana, tibb məntəqəsi; memarlıq abidələrindən 17 əsrə aid türbələr kompleksi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
19 əsrdə Şamaxı qəzasında Kələxana adlı kənd (86 ailə, 379 nəfər) qeydə alınmışdır. Kəndin adı tarixi-memarlıq kompleksi olan Kələxana türbələrinin adından alınmışdır. Ərəb dilindəki kələ (məbəd, sərdaba, zaviyə) və fars dilindəki xana (bina, ev, tikili) komponentlərindən düzəlib, “məbəd, sərdaba, kompleks tikili” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s273
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.136