Şamaxı r-nu ərazisində dağ və palçıq vulkanı. İncəbel dağının cənub-qərb davamıdır. Qalaməddin, Malaməddin variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, əsl adı Kəmaləddin olan bu dağın ərazisi keçmişdə Kəmaləddin adlı şəxsin qışlağı olduğu üçün belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.274