(26.1.1965, Şamaxı) – Azərbaycan neftçi alimi, texnika elmləri doktoru (2013), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2014), Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmişdir. 1991 ildə “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlamışdır. 1999 ilədək orada operator, mühəndis, neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisi, 1999-2007 illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləmişdir. 2007-10 illərdə o, “28 may” NQÇİ rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilmişdir. 2010 ildən Daşqın İsgəndərov “Azneft” İB-də baş direktorun birinci müavini vəzifəsində çalışmışdır. 2011 ildən isə “Azneft” İB-nin baş direktorudur. Əsas elmi tədqiqatı uzun müddət istismarda olan dəniz neft yataqlarının lay-quyu sistemində yaranan mürəkkəbləşmələrə qarşı yeni üsulların işlənməsi və tətbiqi ilə bağlıdır. Bir sıra elmi məqalənin, 2 kitabın və 3 ixtiranın müəllifidir.
Məlumat D. İsgəndərovdan alınmışdır.